Bu gün: 19 may

Bu rayonların enerji verilişində fasilə yaranacaq - XƏBƏRDARLIQ


“Azərişıq” ASC-nin Cənub Regional Elektrik Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində bir sıra hava xətləri təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq. Metbuat.az xəbər verir ki, bununla əlaqədar bu gün saat 10:00-dan 15:00 kimi Yardımlının Bilnə və Astanlı kəndlərində, saat 10:00-dan 12:30-dək Biləsuvar rayonunun bir hissəsində, saat 10:00-dan 12:00 kimi və 12:30-dan 15:00-dək Lənkəran şəhərinin bir hissəsində, Rvo, Şovu, Vel, Siyavar, Şağlaser, Cil, Xarxatan kəndlərində, saat 10:00-dan 13:00-dək Lerikin Siyov, Biləvər, Lərmərud kəndlərində enerji verilişində fasilə yaranacaq. Bundan başqa, bu gün saat 10:00-dan saat 12:00-dək Cəlilabadın Cəngan, Lallar, Edişə, Soltankənd, Tahirli kəndlərində, saat 12:30-dan saat 15:00-dək Masallı Böyük Xocavar, Banbaşı, Qızılağac, Viləş, Öncəqala, Bədəlan, Hişkədərə kəndlərində də enerji verilişində fasilə yaranacaq. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər