Bu gün: 20 may

Bu problemlə üzləşənlər qarağat yeməlidir


Hələ qədim zamanlardan qarağatdan xalq təbabətində istifadə olunur. Qara qarağat xüsusilə C vitamini ilə zəngindir. Ona görə bu giləmeyvə çox gözəl antioksidant sayılır. Mətbuat.az xarici mediaya istinadən qarağatın faydalarını təqdim edir: - B və C vitaminləri ehtiva edir - Manqan, fosfor, dəmir, mis və kalium mineralları ilə zəngindir - Tərkibində yaxşı miqdarda lif var - Antipiretik xüsusiyyətlərə malikdir və tərləyərək bədəndən zərərli maddələrin çıxarılmasına kömək edir - Menstruasiya zamanı yaşanan ağrı, kramp və narahatlıq kimi simptomları azaltmağa kömək edir - Yüngül işlətmə təsirinə malikdir, bağırsaqları aktivləşdirir və qəbizlik problemlərinin qarşısını alır - İştah açıcıdır - Sidikqovucu xüsusiyyətləri ilə böyrəklərin işini dəstəkləyir, böyrək daşı və sidik yolları infeksiyaları kimi problemlərin qarşısını almağa əhəmiyyətli dərəcədə kömək edir - Həzm sistemini rahatladır və həzmsizlikdən qaynaqlanan şikayətlərin qarşısını alır - Bitkinin yarpaqlarından hazırlanan qarağat çayının podaqra və revmatizmə xeyir verdiyi məlumdur - Yarpaqlarından hazırlanan dəmləmə yaraların sağalmasında da faydalıdır və ağız infeksiyası zamanı qarqara kimi istifadə oluna bilər. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər