- Admin
- 2024-05-20 01:30:04
Yay mövsümünün ən sevilən meyvələrindən biridə alçadır. Təbii antioksidantdır. Tərkibindəki vitaminlər sayəsində bir çox xəstəliklərin müalicəsində istifadə oluna bilər. Metbuat.az xarici mediaya istinadən alçanın faydalarını təqdim edir: - Alça tərkibindəki zəngin C vitamini sayəsində immunitet sistemini gücləndirir - Normal qanın laxtalanmasını təmin edir və qan damarlarının əmələ gəlməsini dəstəkləyir - Alçada olan fitokimyəvi maddələr və qidalar ürək xəstəliyinə səbəb ola biləcək iltihabı azaldır - Qəbizliyi aradan qaldırır - Toxluq hissi yaradaraq arıqlamağa kömək edir - Dəmir çatışmazlığı kimi sağlamlıq problemlərinin müalicə prosesinə də müsbət qatqı təmin edir - Tərkibindəki yüksək kalsium sayəsində inkişaf mərhələsində olan uşaqların sümük sağlamlığı üçün çox vacibdir - Metabolik sürətə təsir edərək arıqlamağa kömək edir - Tərkibindəki zəngin kaliumun nəticəsi olaraq ürək sağlamlığının qorunmasında böyük əhəmiyyət kəsb edir - Yaşlanma prosesində təmin etdiyi yavaşlatıcı təsiri və qırışlara qarşı xüsusiyyətləri gavalıların dəri üçün faydaları arasındadır - Saç sağlamlığını qoruyaraq, saç tökülməsi problemlərinin qarşısını alır. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.