Bu gün: 19 may

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA


Mayın 7-si saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bu barədə Metbuat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, Mərkəzi Aran, Naxçıvan MR, Qarabağ, Şərqi Zəngəzur, Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara bölgəsində yağış, Xınalıqda sulu qar, Şahdağda isə qar yağır. Göygöl, Şəmkir, Balakən, Şəki, Qax, Qrız, Şahdağ, Göyçay, Lerik, Daşkəsəndə duman müşahidə olunur. Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 23 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14, Naxçıvan MR-da 16-19, Aran rayonlarında 18, dağlıq rayonlarda isə 4-8 dərəcəyədək isti qeydə alınıb. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər