- Admin
- 2024-05-20 01:30:04
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib. Metbuat.az xəbər verir ki, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qəbul edilib. Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Ramin Məmmədov 64 saylı Sabirabad ikinci seçki dairəsinin deputatı olub. Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.