Bu gün: 20 may

Bayram günlərində təcili yardıma müraciət edənlərin sayı açıqlandı


Bayram günlərində təcili tibbi yardım xidmətinə 10 mindən çox müraciət daxil olub. Metbuat.az xəbər verir ki, Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Təcili tibbi yardım xidmətinə 10.04.2024-14.04.2024-cü il tarixində 10 669 ümumi çağırış olub, onlardan 1 129-u hospitalizasiya edilib. Çağırışların sayı ən çox 10.04.2024-cü il (ümumi çağırış sayı 2 154, hospital olunanların sayı 244 olmaqla), 14.04.2024-cü il (çağırış sayı 2 211, hospital olunanların sayı 234 olmaqla) qeydə alınıb. Çağırış səbəbləri, əsasən, yüksək arterial təzyiq, kardioloji problemlər, müxtəlif növ travmalar, dispeptik əlamətlər, mövsümi respirator virus infeksiyaları və s. ilə bağlı olub. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər