Bu gün: 19 may

“Bayer” tarixində ilk dəfə Almaniya çempionu oldu


Almaniya Bundesliqasında 2023-2024-cü illər mövsümünün qalibi müəyyənləşib. Metbuat.az xəbər verir ki, Xabi Alonsonun başçılıq etdiyi "Bayer" komandası XXIX turda çempionluğu rəsmiləşdirib. Leverkuzen təmsilçisi doğma meydanda “Verder” klubunu 5:0 hesabı ilə məğlub edərək xallarının sayını 79-a çatdırıb. Komanda bununla da tarixində ilk dəfə ölkə çempionu titulunu qazanıb. "Bayer" bu mövsüm keçirdiyi 29 matçın heç birində məğlub olmayıb, 25 qələbə və 4 heç-heçə ilə yadda qalıb. "Bavariya" isə 63 xalla ikinci pillədə qərarlaşıb. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər