Bu gün: 20 may

Baş Prokurorluq Sumqayıtda konfrans keçirəcək


Baş Prokurorluq tərəfindən Sumqayıtda «Ekoloji təhlükəsizlik və yaşıl dünya» adlı işgüzar konfrans keçiriləcək. Bu barədə Metbuat.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 16-da Baş Prokurorluq tərəfindən Sumqayıtda ətraf region prokurorluqları və hüquq-mühafizə orqanlarının əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə konfrans təşkil ediləcək. Tədbir zamanı, həmçinin, dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media arasında müzakirələr aparılacaq. Toplantı çərçivəsində, Sumqayıt şəhər prokurorluğunda “Açıq qapı” günü təşkil ediləcək. Xatırladaq ki, Baş Prokurorluq tərəfindən 10-dan çox regional konfranslar təşkil edilib. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər