Bu gün: 19 may

​“Barselona”da yenilik - Bu futbolçular gəlir


La Liqada və Çempionlar Liqasında uğurlu oyun nümayiş etdirə bilməyən “Barselona” heyətində yeniliklər edəcək. Metbuat.az xəbər verir ki, Xavi Hernandez transfer səylərini intensivləşdirib. Məlumata görə, ilk hədəf yarımmüdafiə xəttidir. Yarımmüdafiəyə ulduz futbolçular qatmaq istəyən Kataloniya nəhənginin ilk hədəfi müqaviləsinin bitməsinə 1 il qalmış Coşua Kimmixdir. Alman oyunçudan başqa Martin Zubimendi və Guido Rodriguez digər namizədlərdir. İddialara görə, “Barselona” hücum xəttinə Dani Olmo, Nico Villiams və Bernardo Silvanı transfer etməyə çalışır. Bernardo Silvanın “Barselona”ya getmək istədiyinə dair iddialar var idi. Markos Alonso, Oriol Romeu, İniqo Martinez və Ferran Torresin komandadan ayrıla biləcəyi irəli sürülür. Rafinya və Vitor Roke də komandadan ayrıla bilər. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər