Bu gün: 20 may

Bakıda sevgilisi ilə mübahisə edən şəxsdən dəhşətli əməl - DETALLAR


Bakıda sevgililərin mübahisəsi kişinin özünə zərər verməsi ilə bitib. Metbuat.az bildirir ki, hadisə paytaxtın Xətai rayonunda, Məhəmməd Hadi küçəsi 51 ünvanında baş verib. Hadisə şahidlərinin sözlərinə görə, binanın qarşısında sevdiyi qadınla mübahisə edən şəxs daha sonra oradan uzaqlaşıb. Bir neçə dəqiqə sonra yanacaqdoldurma məntəqəsindən benzin alaraq yenidən həmin binanın qarşısına qayıdıb və özünə zərər verib. TƏBİB-dən bildirilib ki, həmin şəxs üzün, döş qəfəsinin, yuxarı ətrafların birinci və ikinci termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib. Ətraflı Baku TV-nin sujetində: You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər