Bu gün: 20 may

Bakıda kişi sevdiyi qadına görə özünü yandırdı


Bakıda kişi küçədə özünü yandırıb. Metbuat.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə Xətai rayonunda, Məhəmməd Hadi küçəsi 51 ünvanında baş verib. Özünü yandıran şəxsə ətrafdakılar və hadisə yerinə gələn polis əməkdaşları müdaxilə etməyə çalışıb. Polislər tərəfindən şəxsə ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib. İlkin iddiaya görə, həmin şəxsin sevdiyi xanım hadisənin baş verdiyi ərazidəki binada yaşayır və kişi özünü ona görə yandırıb. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər