Bu gün: 20 may

Azərbaycanlılar hücuma məruz qaldı - 1 həmyerlimiz öldü


Rusiyanın Yekaterinburq şəhərindəki “Vtorçermet”də baş verən qarşıdurmanın təfərrüatları məlum olub. Dalida kafesinin yaxınlığında kütləvi dava zamanı bir kişi bıçaqlanaraq öldürülüb. Metbuat.az Lent.az-a istinadla bildirir ki, münaqişə azərbaycanlı və taciklərdən ibarət qruplar arasında başlayıb. Məlumata görə, müəssisə azərbaycanlılara məxsusdur. Lakin başqa etnik qruplar tez-tez orada nahar ediblər. Davadan bir həftə əvvəl talışlar (Azərbaycan xalqı) qeyd edildiyi kimi, məişət münaqişəsindən sonra tacikləri döyüblər. Aprelin 20-də onlar yenidən üzləşib. Lakin bu dəfə taciklər daha çox olub. Tapançalarla silahlanmış azərbaycanlılar əsasən Rusiya Federasiyasının vətəndaşları olub. Onlardan 3 nəfər yaralanıb, 1 nəfər ölüb. Taciklər isə əsasən tikintidə işləyən miqrantlar olublar. Faktla bağlı adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Məlum olub ki, şübhəlilər qaçmağa cəhd etsələr də, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər