Bu gün: 19 may

Azərbaycanlı referi Fatih Terimin komandasının oyununa təyinat aldı


Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Superliqasının oyununu idarə edəcək. Metbuat.az xəbər verir ki, o, aprelin 28-də baş tutacaq "Panatinaikos" - "Aris" matçına təyinat alıb. Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Əkif Əmirəli kömək göstərəcəklər. Digər FIFA referisi Kamal Umudlu AVAR-da yer alacaq. Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. "Panatinaikos"a türkiyəli baş məşqçi Fatih Terim rəhbərlik edir. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər