Bu gün: 20 may

Azərbaycanla Çinin ticarət dövriyyəsi 750 mln. dollara çatır


2024-cü ilin yanvar-mart aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 19.8% və ya 123 milyon 763 min ABŞ dolları artaraq 748 milyon 785 min ABŞ dolları təşkil edib. Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə Çinlə ticarət dövriyyəsi Azərbaycanın I rübdə ümumi ticarət dövriyyəsinin 5.31%-ni təşkil edib. Hesabat dövründə Çindən Azərbaycana ixracın həcmi 743 milyon 728 min ABŞ dollarına, Azərbaycandan Çinə ixracın həcmi isə 5 milyon ABŞ dollarına bərabər olub. Qeyd edək ki, 2023-cü ildə Azərbaycanla Çinin ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 43.7% və ya 942.5 milyon ABŞ dolları artaraq 3 milyard 101.5 milyon ABŞ dolları təşkil edib. Xatırladaq ki, 2024-cü ilin I rübündə Azərbaycanın ümumi ticarət dövriyyəsi 9 milyard 695 milyon ABŞ dolları, qeyri-neft ixracı isə 673 milyon 709 min ABŞ dolları təşkil edib. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər