Bu gün: 19 may

Azərbaycanda "Rəng Xəbərdarlıq Sistemi"nə keçilib - Xidmət rəisi


Ölkə ərazisində Erkən Xəbərdarlıq Sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər davam etdirilir. Xəbərdarlıqların tərtib edilməsilə bağlı daha bir yenilik “Rəng” Xəbərdarlıq Sistemi”nə keçidlə bağlıdır. Metbuat.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bu gün keçirilən mətbuat konfransında bildirib. Bu zaman xəbərdarlıqlar müxtəlif kontingentlər üçün daha anlaşılan forma olan rəng şkalasında əhaliyə təqdim olunacaq ki bu da əhalinin diqqətini daha çox cəlb etmək və xəbərdarlığın əhəmiyyətini daha yaxşı anlamaq üçün önəmlidir. SARI XƏBƏRDARLIQ - ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka “Orta risk” deməkdir. Yəni, bəzi ərazilərdə meteoroloji risklərin ola biləcəyinin göstəricisidir. Kiçik xəsarətlər üçün bəzi potensialtəhlükələrin olduğunu göstərir. Gözlənilən meteoroloji şəraitdən xəbərdar olmaq və qarşısı alına biləcək risklərdən uzaq olmaq anlamına gəlir. NARINCI XƏBƏRDARLIQ - ictimai təhlükəsizliyə ,yaşayış sahələrinə və əmlaka “YÜKSƏK RİSK” deməkdir. Yəni təhlükəli meteoroloji şərait yaşayış obyektlərinə və əmlaka təhlükə yarada, dağıntılar və təlafatlar ola bilər. QIRMIZI XƏBƏRDARLIQ - ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka ”ÇOX YÜKSƏK VƏ EKSTREMAL RİSK” deməkdir.Təhlükəli meteoroloji şərait qaçılmazdır. Fövqaladə dərəcədə intensiv meteoroloji hadisələr proqnozlaşdırılıb. İnsanın həyatını itirməsi və əmlaka və infrastruktura böyük ziyan vurma ehtimalı çox yüksəkdir. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər