Bu gün: 20 may

Azərbaycanda qızıl istehsalı artıb


2024-cü ilin yanvar-mart aylarında ölkədə qızıl istehsalı 427.6 kq təşkil edib. Bununla da ölkədə qızıl istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3.8 % artıb. Metbuat.az Dövlət Statistika Komitəsinin cari ilin yanvar-mart ayları üzrə hesabatına istinadən xəbər verir ki, qeyd olunan dövrdə ölkədə 839.8 kq gümüş istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16.8 % artım deməkdir. Qeyd edək ki, hazırda Azərbaycanın 196,8 kq qızıl, 507.4 kq gümüş ehtiyatı var. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər