Bu gün: 20 may

Azərbaycan, Qazaxıstan və Özbəkistan Əməkdaşlıq Memorandumu imzaladı


Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu imzalanıb. Metbuat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib ki, Özbəkistana işgüzar səfəri çərçivəsində Azərbaycan, Özbəkistan və Qazaxıstan iqtisadiyyat və energetika nazirlərinin üçtərəfli görüşündə "Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu" imzalanıb. “Sənədin icrası yaşıl enerjinin istehsalı və Azərbaycan ərazisi vasitəsilə Avropaya ixracı, enerji sistemlərinin inteqrasiyası və bərpa olunan resurslardan səmərəli istifadənin təşkili istiqamətində birgə hədəflərin həyata keçirilməsinə təkan verəcək”, - deyə nazir bildirib. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər