Bu gün: 20 may

Azərbaycan Premyer Liqasında XXXIII tur start götürür


Bu gün Azərbaycan Premyer Liqasında XXXIII tur start götürəcək. Metbuat.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq. “Kəpəz” “Sumqayıt”ı qəbul edəcək. Saat 16:30-da Tovuz şəhər stadionunda baş tutacaq görüşü İnqilab Məmmədov idarə edəcək. Hazırda “Sumqayıt” 50 xalla ikinci pillədə qərarlaşıb. Turnir cədvəlində doqquzuncu olan “Kəpəz”in isə 34 xalı var. Turun mərkəzi qarşılaşması sayılan “Qarabağ” - “Neftçi” matçı isə “Azərsun Arena”da keçiriləcək. FIFA referisi Elçin Məsiyevin baş hakim olacağı qarşılaşmanın start fiti saat 19:30-da səslənəcək. Hazırda 73 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşan “Qarabağ” ölkə çempionluğunu artıq təmin edib. “Sumqayıt”la eyni xala (50) malik “Neftçi” isə üçüncüdür. Azərbaycan Premyer Liqası XXXIII tur 4 may 16:30. “Kəpəz” – “Sumqayıt” Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Asif Əliyev. Tovuz şəhər stadionu 19:30. “Qarabağ” – “Neftçi” Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Kamran Bayramov, Fərid Hacıyev. Hakim-inspektor: Barış Şimşək. AFFA nümayəndəsi: Elçin Mehtiyev. “Azərsun Arena” Qeyd edək ki, turun digər oyunları mayın 5-i və 6-da keçiriləcək. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər