Bu gün: 19 may

Azərbaycan Kubokunun qalibi bəlli oldu


Futzal üzrə Azərbaycan kubokunun qalibi məlum olub. Metbuat.az xəbər verir ki, “Araz-Naxçıvan” final matçında “Baku Fire” ilə üz-üzə gəlib. Bakı İdman Sarayında keçirilən görüşün əsas hissəsi 5:5 hesabı ilə başa çatıb və oyun penaltilər seriyasına qədər uzanıb. Burada isə “Araz-Naxçıvan” 5:4 hesabı ilə qalib gələrək kuboka sahib olub. Qeyd edək ki, "Araz-Naxçıvan" bu mövsüm Yüksək Liqanın da qalibi olub. "Baku Fire" isə ötən mövsüm Azərbaycan kubokunu qazanıb. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər