Bu gün: 20 may

Azərbaycan Kubokunda cavab oyunlarının başlama saatı bəlli oldu


Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının başlama saatı bəlli olub. Metbuat.az xəbər verir ki, hər iki qarşılaşma aprelin 24-də baş tutacaq. İlk olaraq “Qəbələ” və “Zirə” kollektivləri üz-üzə gələcəklər. Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 17:00-da start götürəcək. Tofiq Bəhramov adına Respublika stadionunda isə “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq. Qeyd edək ki, bu cütlüklər arasında baş tutan ilk oyunda “Qarabağ” “Neftçi”ni 4:0, “Zirə” isə “Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər