Bu gün: 20 may

Azərbaycan-Ermənistan normallaşma prosesində regional dinamika müzakirə edildi


Brüsseldə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə son razılaşmadan sonrakı normallaşma prosesində regional dinamika müzakirə edilib. Metbuat.az xəbər verir ki, bu barədə NATO Baş katibinin Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavier Kolomina paylaşımında bildirib. "NATO-nun Brüsseldəki mənzil qərargahında Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan ilə görüşdük. NATO-Ermənistan ikitərəfli əməkdaşlığının gücləndirilməsi yolları və xüsusilə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə son razılaşmadan sonrakı normallaşma prosesində regional dinamika müzakirə etdik", - paylaşımda deyilir. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər