Bu gün: 20 may

Azad edilmiş rayonlarda sənaye məhsulu istehsalı 70% artıb - SİYAHI


2024-cü ilin yanvar-mart aylarında işğaldan azad edilmiş rayonlarda 33 milyon manat dəyərində sənaye məhsulu istehsal edilib. Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 69.2% və ya 13.5 milyon manat artıb. Belə ki, ötən ilin müvafiq dövründə azad edilmiş ərazilərdə 19 milyon 514 min manat dəyərində sənaye məhsulu istehsal edilib. Qeyd edək ki, hesabat dövründə ən çox sənaye məhsulu Ağdam ( 11 456) rayonunda istehsal edilib. Cədvəldə cari ilin yanvar-mart ayları ərzində işğaldan azad edilmiş rayonlar üzrə istehsal edilmiş sənaye məhsulunun həcmi verilib.Azad edilmiş rayonlarSənaye istehsalı 2024-cü il.Sənaye istehsalı 2023-cü il. min manatAğdam114568194Füzuli105507157Laçın4172902Şuşa21041193Qubadlı1538169Kəlbəcər1278470Cəbrayıl972982Zəngilan497352Xocavənd41269Xocalı3326 You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər