Bu gün: 20 may

AQTA iki nəfərin ölümü, iki nəfərin zəhərlənməsi barədə məlumat yaydı


Bəzi media səhifələrində paytaxtın Səbail rayonu ərazisində yerləşən iaşə obyektlərindən birində baş verən hadisə ilə bağlı yayılan məlumatlar Agentlik tərəfindən müvafiq qaydada araşdırılıb və hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı məlum olub. Metbuat.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən bildirilib. Qeyd edilib ki, həmçinin Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsindən Agentliyə verilən tibbi sənədə əsasən, həmin şəxslərin səhhətində yaranan problemin qida zəhərlənməsi ilə bağlı olmadığı öz təsdiqini tapıb: "Bununla bağlı bildiririk ki, bu cür hallarda rəsmi qurumla dəqiqləşdirilmədən məlumatların yayılması yolverilməzdir". You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər