Bu gün: 20 may

Ançelotti Arda ilə görüşdü, yeni qərarı bu oldu


Çempionlar Liqasının yarım finalında "Bavariya" ilə cavab oyunundan əvvəl "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti türk ulduz Arda Gülərlə görüş keçirib. Metbuat.az bildirir ki, "Defensa Central"ın xəbərinə görə, italiyalı mütəxəssis bu matçda Ardaya əsas heyətdə şans verməsə belə, sonradan meydana buraxa biləcəyini deyib və ona "hazır ol" təlimatını verib. Ançelottinin türk oyunçuya "İkinci hissə və əlavə edilmiş dəqiqələrdə sənə ehtiyacım ola bilər" mesajını verdiyi qeyd edilib. 19 yaşlı futbolçunun bu sözləri müsbət qarşıladığı bildirilir. Qeyd edək ki, "Bavariya" və "Real Madrid" arasında ilk oyun 2:2 hesabı ilə bitib. Cavab qarşılaşması sabah baş tutacaq. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər