Bu gün: 20 may

Ağdama köçürüləcək ailələrin sayı açıqlandı


Bu gün işğaldan azad olunmuş əraziləri minalardan təmizlənir. Yeni və müasir şəhərlər tikilir, mədəni abidələr bərpa edilir. Diqqətə çatdırmaq istəyirəm ki, 2026-ci ilin sonunadək Ağdamın Xıdırlı kəndində 719, Sarıcalı kəndində 203, Kəngərli kəndində isə 292 evin tikintisinin başa çatdırılması nəzərdə tutulur. Metbuat.az xəbər verir ki, bu sözləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ağdam şəhərində keçirilən "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri" adlı xüsusi sessiyada çıxışı zamanı deyib. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər