Bu gün: 19 may

82 minə yaxın uşaq 1-ci sinfə yerləşdirildi


Bu gün Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib. Metbuat.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, bununla bağlı valideynlərə SMS bildirişləri göndərilib. Övladları avtomatik olaraq 1-ci sinfə yerləşdirilən valideynlər 1 may 2024-cü il saat 11:00-dan etibarən mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinetlərinə daxil olaraq elektron ərizələrini çap edib məktəbə təqdim edə bilərlər. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər